AZ

Azsaylı xalqların dili ilə bağlı dərsliklər məktəblərə göndərilib (ÖZƏL)

Bakı. Trend:

2023-2024-cü tədris ili üçün I sinif “Haput dili”, I – IVsiniflər üçün “Talış dili”, “Saxur dili” və “Xınalıq dili”dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqlarıərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən bildiriblər.

Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dairdərsliklər üzərində işlər davam etdirilir.

"Belə ki, II siniflər üçün “Haput dili”, I-II siniflər üçün “Tatdili” dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylıxalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdanvurğulanıb.

Qeyd edək ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətihaqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləriüçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektlərihazırlandığı qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
Mənbələr
Şərh ()
Bağla