AZ

AİB-in vitse-prezidenti maliyyələşdirmə üçün yararlı layihələrdən bəhs edib

Tbilisi. Trend:

İqlim dəyişmələri ilə mübarizə layihələrində onlarımaliyyələşdirmə üçün tam yararlı edən müəyyən dəyişikliklər başverir.

Trend xəbərverir ki, bu barədə AİB-in bazar həlləri üzrə vitse-prezidentiBharqav Dasqupta Tbilisidə AİB-in illik toplantılarınınkuluarlarında jurnalistlərə deyib.

"Beləliklə, bunlar tipik günəş panelləridir. Düşünmürəm ki,maliyyələşdirmə sahəsində müsbət nəticə əldə etmək üçün hər hansıgüzəştli kapital maliyyələşdirilməsi lazım olsun. Maliyyələşdirməüçün seçilən layihələr daha inkişaf etmiş sahələr üzrəhazırlanır.

Bunlar uzunmüddətli perspektivdə çox vacib olan yenitexnologiyalardır, lakin biznes müəyyən dəstək olmadan onlarıkommersiya baxımından həyat qabiliyyətli etmək üçün xərclərinazalacağı səviyyəyə çatmır", - o deyib.

O qeyd edib ki, 10 il əvvəlki günəş panellərinə baxsaq, onlarınhər hansı istehlakçı şərti olmadan kommersiya həyat qabiliyyətliolmadığını görərik.

"Bu səbəbdən, rentabellikdən danışanda biz hələ də bulayihələrin maliyyələşdirilməsində maraqlıyıq", - deyə o əlavəedib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla