AZ

Zəlzələdə ölən futbolçunun yaxınlarına ödənməli olan pul hələ də verilməyib

Türkiyədə ötən il fevralın 6-da baş verən zəlzələdə həyatını itirən qapıçı Ahmet Eyüp Türkaslanın 400 min lirəlik borcunun hələ də ödənilmədiyi məlum olub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Yeni Malatyaspor”un İdarə Heyətinin üzvü Ahmet Özköse klubun maliyyə vəziyyətinə çıxışın mümkün olmadığını bildirib və prezident Adil Gevrekin istefaya getməsinə çağırıb.

Özköse vurğulayıb ki, Gevrek 6 fevral 2023-cü ildə baş verən zəlzələdə həyatını itirən Ahmet Eyüp Türkaslan üçün “400 min lirə pulunu ödəyəcəm” desə də, 8 aydır bu ödəniş edilmir.

Xatırladaq ki, "Malatyaspor" 6 fevral 2023-cü il zəlzələsindən sonra obyektlərinin dağılması və meydançanın yararsız hala düşməsi səbəbindən 2022-2023 mövsümünün qalan hissəsində liqa matçlarını oynaya bilməyib. Klub 2023-2024 mövsümündə liqadan çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla