AZ

Türkiyədə inflyasiya 70%-ə yaxınlaşıb

Türkiyədə illik istehlak qiymətləri inflyasiyası apreldə 69,8%-ə çatıb ki, bu da 2022-ci ilin sonundan bəri ən yüksək göstəricidir.  Bu barədə Türksat açıqlama verib. 

Qiymət artımı əsasən təhsil, restoran xidmətləri və mehmanxana sektorlarında  müşahidə olunub. 

Türkiyə Statistika Qurumunun verdiyi məlumata görə, istehlak qiymətləri inflyasiyasında aylıq artım mardakı 3,16%-dən 3,18%-ə artıb. 

Reuters-in sorğusuna qatılan analitiklər apreldə illik inflyasiyanın 70,33% səviyyəsində proqnozlaşdıraraq, aqressiv bir illik monetar sərtləşdirmə dövrü nəticəsində 2024-cü ilin sonuna kimi 43,5%-ə düşəcəyini gözləyirdilər.

İllik ən yüksək artım 103,86% təhsil sektorunda, 95,82% restoran və mehmanxana xidmətlərində müşahidə olunub. Eyni zamanda, ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 68,50% bahalaşıb.
 
N.Təbrizli

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla