AZ

Azərbaycan klubu onunla yeni müqavilə imzalamağa gərək duymadı

Yayda “Turan Tovuz”dan ayrılacaq ilk futbolçunun kimliyi məlum olub.

Qərb təmsilçisi iki ildir düşərgəsində yer alan Piruzi Marakvelidze ilə müqavilənin müddətini uzatmamaq qərarına gəlib.

Gürcüstanlı legionerə bununla bağlı məlumat verilib.

2022-ci il iyulun 1-dən etibarən Azərbaycanda çıxış edən 29 yaşlı oyunçunun müqavilə müddəti mövsümün sonunda bitəcək.

O, son vaxtlar iki dəfə əməliyyat edilib. Ayağından aldığı zədə ciddi olduğundan təkrar cərrah masasına qalxmaq məcburiyyətində qalıb

Bir müddər öncə kollektiv məşqlərə qoşulsa da, indinin özündə belə, forma yığması zaman alacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla