AZ

bp-nin Azərbaycandakı investisiyalarının ümumi həcmi açıqlanıb

Bakı. Trend:

bp-nin Azərbaycandakı bütün layihələrə investisiyalarının ümumihəcmi mayın əvvəlinə 85 milyard ABŞ dolları olub.

Trend xəbərverir ki, bunu bp-nin Yaxın Şərq və Xəzər RegionundaKommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli Bakı Mühəndislik Universitetində informasiyatexnologiyaları və kibertəhlükəsizlik üzrə laboratoriyanın açılışmərasimindəki çıxışında deyib.

"Azərbaycanın strateji tərəfdaşı olaraq ölkənin dayanıqlıinkişafını dəstəkləyirik. Söhbət təkcə biznes layihələrdən deyil,həm də Azərbaycanın həyat fəaliyyətinə müsbət təsir göstərə biləcəksosial təşəbbüslərin maliyyələşdirilməsindən gedir", - o deyib.

Qeyd edək ki, mayın 3-də bp Azərbaycandakı fəaliyyətiçərçivəsində Bakı Mühəndislik Universitetində informasiyatexnologiyaları və kibertəhlükəsizlik üzrə laboratoriya açıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla