AZ

“Mətbuat Azadlığı İndeksi” açıqlandı: Azərbaycan 13 pillə geriləyib – Ölkələrin siyahısı


Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2024") adlı yeni hesabatını açıqlayıb.
Yeniavaz.com
açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 13 pillə geriləyib.
Ötən il 180 ölkə arasında 151-ci sırada yer alan Azərbaycan bu il 164-cü sırada qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:

0-40 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("tünd qırımızı");
40-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" ("tünd narıncı");
55-70 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" (“açıq narıncı");
70-85 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı");
85-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("yaşıl") olaraq qiymətləndirilir.

Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2024-cü ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2023-cü il hesabatında 34,77 bal toplayan Azərbaycanın bu il 27,99 bal toplayıb.
Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız Belarus (167-ci yer), Türkmənistan (175-ci yer) və İranda (176-cı yer) daha pis olub.
Keçmiş SSRİ və region ölkələrinin mətbuat azadlığı sahəsindəki mövqeyi son 2 ildə aşağıdakı kimi olub:

Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, Danimarka, İsveç, Niderland və Finlandiyaya məxsus olub. 
Ən pis vəziyyət isə Eriteriya, Suriya, Əfqanıstan, Şimali Koreya və İranda qeydə alınıb.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla