AZ

Elmar Vəliyevə sui-qəsd edənin şikayət təmin edilmədi

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən Yunis Səfərov və dəstə üzvlərinin kassasiya şikayətlərinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkumların vəkilləri çıxış ediblər.

Yunis Səfərovun vəkili ömürlük məhkum edikmiş müvəkkilinin cəzasının yüngülləşdirilməsini,digər müttəhimlərin müdafiəçiləri isə bəraət istəyiblər.

Öz növbəsində prokuror əvvəlki qərarın dəyişdirilmədən saxlanılmasını tələb edib.

Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyəti prokurorun mövqeyini əsasılı hesab ediblər.

Qərara əsasən məhkumların vəkilləri tərəfindən verilmiş kassasiya şikayətləri hamısı rədd edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi də hökmü qanunauyğun hesab edib.


Müəllif: Hacı Zeynalov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
Mənbələr
Şərh ()
Bağla