AZ

Milanda gecə saatlarında bunlar qadağan edilib

İtaliyanın Milan şəhərində bələdiyyə hökumətinin şəhərdə gecə həyatının təşkili istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təxminən bir aya yaxın şüşə və qalay paketlərində içki satışına qadağa qoyulub.

"Cebhe.info" İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkənin ən çox ziyarət edilən şəhərlərindən biri olan Milanın meri Cüzeppe Sala, şəhərin turistik yerlərində gecə saatlarında çöldə içki satışı ilə bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, iyunun 1-dək Duomo Meydanı, Sülh Arch (Arco della Pace), Darsen, Navigli, Bicocca kimi 12 turistik məhəllədə saat 22:00-dan 05:00-dək şüşə və qalay paketlərdə spirt və ya sərinləşdirici içkilər satışına icazə verilməyəcək.

Qadağa bütün kiçik, orta və iri satış yerlərini və belə paketlərdə məhsul satan avtomatları əhatə edir.

Digər tərəfdən, məkanlarda xidmətlərə məhdudiyyət qoyulmasa da, çöldə göstəriləcək xidmətlərdə karton fincanlardan istifadə edilməsi tələb olunur.

Mətbuatda çıxan xəbərlərdə sözügedən qərarın  şəhər sakinlərini narahat etməmək üçün “çılğın gecə həyatı üçün tənzimləyici addım” olduğu, şüşə butulkaların qırılmasının həm səs-küyə, həm də müxtəlif təhlükəli xəsarətlərə səbəb olduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla