AZ

Millimizin bahalı futbolçuları: Milyonlar “göydə uçuşur” - SİYAHI

Futbolçuların dəyəri hər zaman maraq cəlb edir.

Bu dövrdə transfer qiymətləri və futbolçuların dəyəri fantastik həddə qədər gəlib çıxıb. Astronomik qiymətə baş tutan transferlər də bunu deməyə əsas verir. Son illər Azərbaycan futbolunda inkişaf özünü göstərir. 

Belə ki, həm millimizin, həm də “Qarabağ”ın uğurlu çıxışını xüsusi qeyd etmək yerinə düşər. Bunun fonunda da azərbaycanlı futbolçular dünya tərəfindən tanınır. Son illər bir çox futbolçumuzun xarici ölkələrə transfer olması da bunu göstərir. Üstəlik, millimizin futbolçularının dəyəri də getdikcə artmaqdadır. Maraqlıdır, Azərbaycan yığmasının futbolçuları neçəyədir? 

“Cebhe.info” “Transfermarkt” saytında millimizin futbolçularının mövcud transfer qiymətlərinə nəzər salıb. 

Belə ki, Ceyhun Nuriyev və Rza Cəfərovun dəyəri 100 min avrodur. Səlahət Ağayev və Bədavi Hüseynovun transfer qiyməti isə 250 min avro göstərilib. Eddi İsrafilov və Rahil Məmmədovun mövcud dəyəri isə 300 min avrodur. Siyahıda Filip Ozobiç 350 min, Emil Mustafayev 400 min, Elvin Camalov 450 min, Ozan Kökçü isə 450 min avro dəyərində göstərilib. Həmçinin, Bəhlul Mustafazadənin 500 min, Qismət Əliyev və Amin Seydiyevin 600 min, Coşqun Diniyevin transfer dəyəri isə 650 min avrodur. Sözügedən siyahıda Aleksey İsayev və Elvin Cəfərquliyev 750 min, Toral Bayramov 800 min, Şahruddin Məmmədəliyev isə 850 min avro dəyərlə yer alıblar. 

Son zamanlarda diqqət mərkəzində olan Musa Qurbanlının transfer dəyəri də 900 min avrodur. Azərbaycan millisinin əsas ulduzlarından olan kapitan Emin Mahmudov, Mahir Emreli və Ramil Şeydayevin dəyəri isə 1,2 milyon avrodur. Yığmamızın ən bahalı futbolçusu isə hücumçu Renat Dadaşovdur. Onun transfer qiyməti 2 milyon avrodur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla