AZ

Sosial şəbəkə fenomeni intihara cəhd etdi

Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat həbsxanada intihara cəhd edib.

Axşam.az xəbər verir ki, ötən günlərdə baş tutan məhkəmənin qərarından narazı olan Dilan Polat özünü öldürməyə cəhd göstərib.

Fenomen xəstəxanaya aparılarkən onun qollarında və bədəninin digər nahiyələrində kəsiklər olduğu ortaya çıxıb. Müayinələrdən sonra o, yenidən həbsxanaya aparılıb.

Hazırda Polatın psixoloji müalicə aldığı bildirilib.

Xatırladaq ki, bir müddət öncə Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşduBundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.

Sonuncu məhkəmə prosesində Dilan, Engin və Sezgin Polatın birdən çox şəxslə birlikdə silahla hədələmə və əmlaka ziyan vurma cinayətlərinə görə ayrı-ayrılıqda 2 il 4 aydan 8 ilə qədər azadlıqdan məhrum etmələri istənilib. 

Məhkəmə cütlüyün həbsxanada qalaraq işlərinin araşdırılmasına dair qərar verib. 

Qeyd edək ki, bir neçə ay əvvəl D.Polat azadlığa buraxılmayacağı təqdirdə intihar edəcəyini açıqlamışdı.

Cütlüyün iki övladı var.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla