AZ

“Saudi Aramco” futbol üzrə dünya çempionatına sponsorluq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Saudi Aramco” neft şirkəti Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə 2026-cı il futbol üzrə Dünya Çempionatının və 2027-ci il Qadınlar dünya çempionatının sponsoru olacaq dörd illik müqavilə imzalayıb.  

Banco.az xəbər verir ki, bu barədə “Saudi Aramco”nun məlumatında deyilir.

“"Aramco" və FIFA əməkdaşlıq yolu ilə bütün dünyada təsirli sosial təşəbbüslər inkişaf etdirmək üçün futbolun imkanlarından istifadə etmək niyyətindədirlər”, — deyə məlumatda bildirilir.

Bundan əlavə, “Aramco” FIFA ilə birlikdə dünyanın hər yerində futbol tədbirlərinə ev sahibliyi edərkən şirkətin təcrübəsindən və texnologiyasından istifadə etmək üçün innovasiya tətbiq etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla