AZ

Serdar Korkmaz: “Azərbaycanın süni intellekt sahəsində böyük imkanları var”

Azərbaycanda süni intellektdən istifadə etməklə maraqlı layihələr həyata keçirilir ki, onların sayəsində bir çox sahələrə yeniliklər gətiriləcək.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “Alegori Studio” şirkətinin rəhbəri Serdar Korkmaz deyib.

Onun sözlərinə görə, məlumatların vizuallaşdırılması böyük üfüqlər açır, çünki bu, şirkətlərin inkişafı və məqsədlərinin həyata keçirilməsi baxımından onların tanınmasını təmin edir.

“Deyə bilərəm ki, Azərbaycanın süni intellekt sahəsində böyük imkanları və biliyi var. Burada insanların gələcəyə böyük ümidlə baxdıqlarını görürəm və ümid edirəm ki, bu mənə də biliklərimi artırmağa imkan verəcək”, - deyə S.Korkmaz qeyd edib.

O, süni intellektin rəhbərlik etdiyi şirkət tərəfindən incəsənət sahəsində tətbiq edildiyini qeyd edərək, bu məsələyə məhz bədii nöqteyi-nəzərdən yanaşdığını vurğulayıb. “Verilənlər həqiqətən ən vacib komponentdir. Məhz onlara əsaslanaraq, bir çox şirkət və dövlətlər gələcək üçün real planlar qururlar. Bu onlara problemin həm mürəkkəbliyini, həm də fərqli yanaşma ilə nə dərəcədə sadə ola biləcəyini qiymətləndirməyə imkan yaradır. Mən çox xoşbəxtəm ki, Azərbaycanda gözəl auditoriya ilə tanış oldum. Bu cür texnoloji yeniliyin yüksək ixtisaslı və bilikli insanlar tərəfindən tətbiq edilməsi və onların məlumat paylaşması mənim üçün çox dəyərlidir. Bu, hər iki tərəf üçün çox faydalıdır”, - deyə S.Korkmaz əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla