AZ

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub

Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, Kəlbəcər rayonu ərazisində "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "VAZ" markalı avtomobilin sürücüsü və sərnişinləridir. Onların vəziyyəti kafi qiymətləndirilir.

Yük maşınının isə Kəlbəcərdə yenidənqurma işlərində iştirak edən şirkətlərdən birinə məxsus olduğu, həmin nəqliyyat vasitəsinin sürücüsünün xəsarət almadığı məlum olub.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
9
Mənbələr
Şərh ()
Bağla