AZ

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib-YENİLƏNİB

Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş xüsusi sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi sessiya "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusuna həsr edilib.

Konfransda minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri ilə əlaqədar sərgi təşkil olunub.

Bununla bərabər, mina təhlükəsi və bundan mühafizə ilə əlaqədar qısametrajlı məlumatlandırıcı film nümayiş edilib.

Qonaqları salamlayan Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev forum iştirakçılarını 30 il işğal altında olan, mədəni və tarixi abidələri məhv edilən qədim Azərbaycan torpağında - Ağdamda görməkdən şad olduğunu bildirib. Ağdamda aparılan quruculuq işləri haqqında məlumat verən B.Hacıyev qeyd edib ki, rayonun Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə 30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib, oğurlandığını söyləyib. Nazir müavini vurğulayıb ki, hazırda bura xarabalıqlar şəhəridir, burada 1.5 milyona yaxın mina basdırılıb.

Sessiyada çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin isə Azərbaycan kimi qədim və böyük tarixə malik ölkə üçün mövcud mina probleminin mənfi imic olduğunu deyib. O qeyd edib ki, forum iştirakçılarının bəziləri məhz təhlükəsizlik səbəbindən Ağdama səfərdən imtina ediblər. R.Bondin görülən quruculuq bərpa işlərinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov isə təqdimatla çıxış edərək azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı iştirakçıları məlumatlandırıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə mina ilə çirkləndirilib. O qeyd edib ki, antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ minalar aşkarlanıb.

Sessiya çərçivəsində həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat, ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoronun məruzələri dinlənilib, mina təhlükəsi və ondan mühafizə yolları haqqında müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla