AZ

Bakı Dövlət Universitetinin şəhid məzunları - FOTOLAR

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova bildirib ki, ali təhsil ocağının 22 şəhid məzunu var:

 

“Onlar Fikrət Zeynallı, Şəhriyar Həbibli, Kənan Məmmədov, Hüseyn Quliyev, Vüqar Məmmədov, Şamil Nəcəfov, Nurlan Əbilov, Elşən Salayev, Ceyhun Şalıyev, Tural Eyyubov, Nadir Nadirli, Tərxan Qurbanov, Yüksəl Əlizadə, Əsəd Əsədov, Seyfəddin Dadaşov, Manaf Bəhmənli, Nicat Əhmədov, Cavid Manafov, Ataməli Musaoğlu, Erkin Hüseynov, Namiq Cavadov və Rabil İsmayılovdur”.

 

Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid tələbə və məzunlarımız müxtəlif orden və medallarla təltif ediliblər:

 

“Universitet rəhbərliyinin qərarına əsasən, şəhid məzunların xatirəsinin uca tutulması, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, qəhrəman məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan Tədbirlər Planı hazırlanıb və icra olunmaqdadır.

 

BDU-nun şəhid məzunlarına həsr olunmuş “BDU-nun Tarix yazan məzunları” adlı kitabı nəşr olunub. BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılıb. Şəhid məzunların məzarları, ailələri vaxtaşırı ziyarət olunur. BDU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar hazırlanaraq təqdim edilib. BDU TV-də BDU-nun şəhid məzunları haqqında sənədli film hazırlanıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla