AZ

Ukraynanın səmasında işıq saçan müəmmalı obyekt görünüb - FOTO/VİDEO

Parlaq, oval formalı müəmmalı obyekt Ukrayna sakinlərini təşvişə salıb. Sakinlər onun foto və videolarını çəkərək kütləvi şəkildə sosial şəbəkələrdə paylaşıblar.

Naməlum obyekt Kiyev, Odessa, Dnepropetrovsk və Ukraynanın qərb vilayətlərinin sakinlərinin diqqətini çəkib.

Bəzi istifadəçilər səmadakı bu parlaq ovalın 2024-cü ildə Yer kürəsini bürümüş ən güclü maqnit qasırğalarından biri səbəbindən meydana gəldiyinə inanırlar.

Digər versiya isə “Falcon 9” kosmik raketinin buraxılması ilə bağlıdır. Bəzi sosial şəbəkə istifadəçiləri işıq saçan sferanın raket pillələrindən birinin izi olduğunu düşünürlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
Mənbələr
Şərh ()
Bağla