AZ

Qlobal ərzaq qiymətləri iki aydır ki, bahalaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri indeksi ardıcıl ikinci ayda da artıb.

Banco.az xəbər verir ki, ötən ay şəkər və süd məhsullarının ucuzlaşmasına baxmayaraq, qlobal ərzaq məhsullarının qiymətləri artıb.

Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi aprel ayında 119,1 punkt hesablanıb.

İndeksin mart ayında yenidən nəzərdən keçirilmiş proqnozu 118,8 punkt idi.

Qeyd edək ki, fevralda son üç ilin ən aşağı səviyyəsinə çatdıqdan sonra qlobal ərzaq qiymətləri indeksi aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla