AZ

KL: Həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib

Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu ada iki namizəd var.

Bunlar “Fiorentina”nın futbolçusu Mbala Nzola ilə “Olimpiakos”dan Ayub El Kaabidir.

Nzola doğma meydanda “Brügge”yə qalib gəldikləri (3:2) oyunda qələbə qolunun müəllifi olub. El Kaabi isə “Aston Villa”ya 4:2 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.

Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla