![Bu](https://azertag.az/files/2024/2/1200x630/17147297953038722665_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
“Dövlət qurumlarının narkotik vasitələrə qarşı mübarizə istiqamətində fəaliyyətini daim işıqlandırmaq lazımdır”.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” panel sessiyasında deyib.
O qeyd edib ki, son dörd ayda narkotiklə bağlı 3 min 585 fakt aşkarlanıb, 1 585 nəfər isə məsuliyyətə cəlb olunub.