AZ

Norveçdən olan səyyahlar Kəlbəcər və Laçına səfər ediblər

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcərdə olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar Ermənistan silahlı qüvvələrinin işğal dövründə Kəlbəcrdə törətdikləri vandalizmin izləri ilə tanış olublar.

Onlar Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Daha sonra səyyahlar Laçına səfər ediblər. Onlar uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olublar. Səyyahlar Laçın seyrangahından şəhərə tamaşa ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
Mənbələr
Şərh ()
Bağla