AZ

Oteldə hadisə! Britni Spirsin əsəb böhranı keçirdiyi iddia edilir

Dünyaca məşhur amerikalı müğənni Britni Spirs hər zaman gündəmdədir! Müğənninin qaldığı oteldə əsəb böhranı keçirdiyi iddia edilib. Spirs sosial media hesabında məsələ ilə bağlı diqqətçəkən paylaşım edib.

Sherg.az xəbər verir ki, keçmiş sevgilisi Pol Riçard Solizlə dava edən müğənninin vəziyyətinin yaxşı olmadığı və müğənniyə təcili yardım çağırıldığı bildirilib.

Müğənni otelin qapısında ayaqyalın və əlində ədyalla görüntülənib. İddialara görə, müğənni keçmiş sevgilisi ilə dava edərkən xəsarət alıb.

42 yaşlı Spirs sosial media hesabında məsələ ilə bağlı açıqlama verib. Məşhur "Chateau Marmont" otelindəki otağına iki tibb işçisinin "qanunsuz" girdiyini ifadə edən Spirs, ona lazım olan tək şeyin topuq üçün buz olduğunu ifadə edib.

Ayağındakı şişkinliyi sosial media hesabında paylaşan Spirs otağında tullanmaq istəyərkən yıxıldığını bildirib.

Müğənni anası Linni günahlandıraraq, "Bunun arxasında anamın olduğunu bilirəm. 6 aydır onunla danışmıram. Haqqımda xəbər çıxan kimi dərhal mənə zəng etdi" deyib.

Spirs daha sonra əsəb böhranı keçirdiyi ilə bağlı iddiaları təkzib edərək, "Xəbər tamamilə yalandır. Hər gün daha da güclənirəm" deyə bildirib. 


Digər tərəfdən, Spirs və Sam Asghari 14 aylıq evlilikdən sonra boşanmaq qərarına gəliblər. Spirs və 30 yaşlı model Asghari ayrılıq elanından 9 ay sonra razılığa gəliblər.

Cütlük nikah müqaviləsinin şərtlərinə uyğun olaraq boşanır. Müqavilənin təfərrüatları hələ tam məlum deyil.

Lakin iddialara görə, pop ulduz  Asgharinin kirayə pulunu ödəyir.

Məhkəmə sənədlərinə görə, Sem Əsgəri bildirib ki, onların rəsmi ayrılma tarixi evliliklərinin ilk ildönümündən bir neçə həftə sonra olub.

  Ayrılıq qərarı ilə bağlı  Asghari  bunları söyləyib: "6 illik sevgi və bağlılıqdan sonra həyat yoldaşımla yolumuza ayrı davam etmək qərarına gəldik. Hər zaman bir-birimizi sevəcək və hörmət edəcəyik. Onun üçün ən yaxşısını arzulayıram. Bunlar olur!" .

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla