AZ

“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”

“Xarici fondlardan gələn maliyyədən hökümət özü  də yararlanır...”
 
“Bu qanun mübahisəlidir və şübhəlidir və bütün şübhələr də Gürcüstanda cəmiyyətin bölünməsindən və demokratiyanın tam təşəkkül tapmamasından doğur...” 
 
Bildiyiniz kimi, aprelin 15-dən etibarən Gürcüstanda məlum “Xarici agentlər” haqqında qanunun qəbul olunması əleyhinə etiraz aksiyaları hələ də davam edir. Qərb, ABŞ Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçirir”.  “Bu qanunun qəbul ediləcəyi halda Gürcüstanın Avropa İttifaqına üzvlüyü yönündə aparılan danışıqlara zərbə vurulacağı” bildirilir.
 
Qanunun qəbuluna haqq qazandıranlar isə iddia edir ki, əslində Gürcüstan parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin adı və motivi fərqlidir. Belə ki, sənədin gerçək adı "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”dir. Qərb mediası isə sənədi bəzən “xarici agent qanunu”, bəzən də “Rus qanunu” kimi adlandırır... 
Paradoksal hal  bir də o, hesab edilir ki, “Xarici agentlər haqqında qanunun” qlobal ideya  müəllifi Amerika Birləşmiş Ştatlarının özüdür. Bu qanun  ilk nümunə kimi  1938-ci ildə məhz ABŞ-nin özündə qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı”  (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Həm də onun əhatə dairəsi indi daha da  genişləndirilib. 
Bəs əsil gerçəklik nədir?
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı-alim Elxan Mehdiyev bunları söyləyib:
 
“ “Xarici agentlər haqqında” adı qoyulmuş bu qanun çox mübahisəlidir və şübhəlidir və bütün şübhələr də Gürcüstanda cəmiyyətin bölünməsindən və demokratiyanın tam təşəkkül tapmamasından doğur. İkincisi də, Bu qanun layihəsi heç də ABŞ-dəki və AB-dəki qəbul edilən qanunlarla müqayisə edilə bilməz. Onların adları bir birinə bənzəsə də, məramı gürcü cəmiyyətində şübhə və qorxu doğurur. Şübhə doğuran odur ki, bu qanun qəbul edilərsə, istənilən zaman mülki cəmiyyətə qarşı sui -istifadıə edilə bilər. Çünki keçmiş sovet məkanı ölkələrində qanun aliliyi öz yerini tapmadığından Gürcüstanda da bu, istisna deyil...
 
Gürcüstan cəmiyyətində minlərlə yaradıcı insan və intellektual dairə mülki cəmiyyət statusu ilə qurub yaradır. Xarici fondların maliyyə dəstəyi əvvəlki dövrə nisbətən çox azalsa da, davam edir. Bu maliyyədən Gürcüstan höküməti özü  də yararlanır, çünki ayrılan maliyyənin 27 faizə qədəri vergi və başqa sosial ödəmələr daxil hökümətə gedir. Gürcü cəmiyyətində, eləcə də beynəlxalq dairələrdə bu qanunun bu qədər etirazlara rəğmən qəbul edilməsi əlavə şübhələr yaradır və ona görə gərginlik son zamanda pik nöqtəsinə çatıb”.
 
Sultan Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla