AZ

“Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək” – Deputatdan AÇIQLAMA

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır. Onun özlərinə görə, seçkilərin müddəti önə də çəkilə bilər. Həmçinin, MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov “Unikal”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, parlament seçkiləri 5 il müddət başa çatdıqdan sonra noyabrın birinci həftəsinin bazar günü keçirilməlidir. Onun sözlərinə görə, bu tarix 2024-cü ilin noyabr ayının 3-nə təsadüf edir:

“Həmin ayda Azərbaycanda COP-29 tədbiri keçiriləcək. Həmin tədbirə 60 mindən çox qonaq gələcək. O cümlədən buna hazırlıq prosesi başlayır. Həmçinin, həmin vaxtda bələdiyyə seçkilərinə start verilir. Bələdiyyə seçkiləri dekabr ayında keçiriləcəksə, oktyabrın sonu buna start verilməlidir. Qanunvericiliyə görə, iki seçki eyni vaxtda keçirilə bilməz. Bizdə Seçki Məcəlləsində seçkinin həm irəli, həm də geri çəkilməsi var. Seçkinin  müəyyən məsələlərlə əlaqədar irəli çəkilməsinə Seçki Məcəlləsi imkan verir”.

Komitə sədri bildirib ki, seçkinin irəli çəkilməsi heç bir problem yaratmır: “Növbə ilə Prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Suveren Azərbaycan ərazisində ikinci seçkinin bələdiyyə deyil, parlament seçkisi olması daha məqsədəuyğundur. Bu baxımdan, seçkinin bir neçə ay qabağa çəkilməsi problem yaratmır. Bu müddət ərazində həm siyasi partiyaların, həm də fərdi qaydada öz namizədliyini irəli sürmək istəyən şəxslərin hazırlığı üçün vaxtı olur”.

S.Novruzov qeyd edib ki, seçki 2 ay əvvəldən müəyyən olunmalıdır: “Əgər sabah seçki ilə bağlı qərar veriləcəksə, seçki iyul və ya avqust ayına təsadüf edəcək. Bir ay sonra qərar olacaqsa, seçki avqust və ya sentyabr ayında olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla