AZ

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk sayı çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Qəzetin ön səhifəsində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı icmal təqdim edilib.

Bügünkü sayda AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatının açılış mərasimi, Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə konfrans, “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda konfans və AMEA Direktorlar Şurasının iclasına dair yazılar yer alıb.

Qəzetdə “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı əlaqələr” mövzusunda elmi konfrans, Azərbaycan Naşirlərinin I Forumu və AMEA prezidenti akademik İsa Həbibbəylinin Belçikalı professor Filip Hamblla görüşü barədə xəbərlər, eyni zamanda Akademiya rəhbərliyinin iştirakı ilə keçirilən digər tədbirlərə dair informasiyalar dərc edilib.

Bu sayda görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiyaya dair xəbər, “İmpakt faktorlu jurnalda Azərbaycanın qlobal dialoq modeli mövzusu” başlıqlı müsahibə, qəzetin “Region” rubrikası altında yazılar və yeni elmi nəşrlərlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində məqalələr, bundan əlavə, ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla