AZ

Gürcüstan XİN Fransanı qeyri-obyektivlikdə ittiham edib

Gürcüstan Xarici İşlər Nazirliyi Fransanı qeyri-obyektivlikdə ittiham edib.

“İki sahil” xəbər verir ki, qurumun bəyanatında Fransa XİN-ə Parisdə keçirilən etiraz aksiyalarına hüquq-mühafizə orqanlarının qəddar müdaxiləsi xatırladılıb.

“Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları ümumbəşəri insan haqları standartlarına tamamilə zidd olan qəddar üsullarla etirazçılara qarşı çıxanda belə Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib”, - bəyanatda qeyd olunub.

Xatırladaq ki, Fransa XİN Gürcüstandakı vəziyyəti narahatlıqla izlədiyini, “xarici təsir” qanununa etiraz edən nümayişçilərə müdaxiləni pislədiyini bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
Mənbələr
Şərh ()
Bağla