AZ

YAP Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və müavin seçilib -FOTO

Mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın dünyaya səs salan möhtəşəm Zəfərlərindən geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edən Azərbaycan son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəbhərliyi ilə tariximizin Zəfər səhifəsini yazdı. Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açır. Bu, ölkəmizin sözünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqləyir. Azərbaycanın dünyaya təqdim etdiyi təkmil inkişaf modeli bütün sahələrdə qazandığı uğurların, təcrübənin təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə etdiyimiz uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu uğurla davam edir. Təkcə son üç ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Azərbaycan 2020-ci ildə tarixi Zəfəri ilə, ondan üç il sonra 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyini tam bərpa edilməsi, üçrəngli Bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanması ilə dünyanın diqqətində oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidən xalqa müraciətində bu reallığı böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər yerinə yetirildi. Dövlətimizin başçısının çıxışlarında bu mühüm məqam da xüsusi qeyd edilir ki, müstəqillik ən böyük sərvətimizdir, dəyərimizdir. Müstəqillik illərində bir amalla yaşayırdıq ki, doğma torpağımızı işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

YAP Xətai rayon təşkilatının sədri qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri, həyata keçirdiyi mühüm layihələri ilə ölkəmizin dayanıqlı inkişafına davamlı töhfələr verən Yeni Azərbaycan Partiyasının günbəgün sıralarının genişlənməsindən bəhs edib. Bildirib ki, atdığı hər biri addımı ilə özünə olan inamı, etimadı doğruldan YAP gələcəyə böyük addımlarla irəliləyir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyasının hər bir rayon təşkilatı, hər biri üzvü yeni dövrə qədəm qoyan Azərbaycanın müəyyənləşdirdiyi hədəflərin yerinə yetirilməsinə öz töhfələrini vermək üçün səylərini daha da artırır. “Biz birlikdə güclüyük!” devizinin yer aldığı YAP-ın yeni Proqramında əksini tapan hər bir müddəa Azərbaycanın gələcək inkişafına müxtəlif sahələr üzrə dəstəyin aydın ifadəsidir.

YAP üzvü Fəzail Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından və onların zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs edib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının yol açdığı hazırkı dövrün reallıqları gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Azərbaycanın uğurlarında öz payı olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. 7 fevral növbədənkənar prezident seçkiləri bunun bir daha təsdiqi oldu. Partiya yarandığı gündən tutduğu yola sadiqliyi ilə bu inamı və etimadı daha da artırır.

Sonra təşkilatı məsələlərə baxılıb. Fəzail Məmmədov YAP Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Aynurə Nəsirova isə sədr müavini seçiliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla