AZ

Azərbaycan və ACWA Power Batareya Enerji Saxlanc Sisteminə dair müqavilə imzaladı (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıqBatareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı icramüqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrəçərçivə müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri PərvizŞahbazov "X" sosial şəbəkəsində paylaşım edib.

"Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadəƏbdüləziz bin Salman Əl-Səudla çoxşaxəli enerji əməkdaşlığımızıninkişafına və qlobal gündəliyin vacib məsələlərindən olan ədalətlienerji keçidi, COP29 üzrə fəaliyyətimizə dair məhsuldar görüşümüzoldu.

Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsini,neft emalı və neft-kimya məhsullarının təchizatı sahəsindəəməkdaşlığı razılaşdırdıq. Birgə Texniki Komitənin 3-cü iclasınınenerji əlaqələrimizi möhkəmləndirən nəticələrinidəyərləndirdik.

Yaşıl enerji tərəfdaşlığımızı gücləndirən əməkdaşlıq sənədlərini- Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıqBatareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı icramüqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrəçərçivə müqaviləsini imzaladıq".

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
13
Mənbələr
Şərh ()
Bağla