AZ

Energetika Nazirliyi və ACWA Power arasında 200 MVt-lıq BESS ilə bağlı Müqavilə imzalanıb

Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi imzalanıb.

Ednews xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudla çoxşaxəli enerji əməkdaşlığımızın inkişafına və qlobal gündəliyin vacib məsələlərindən olan ədalətli enerji keçidi, COP29 üzrə fəaliyyətimizə dair məhsuldar görüşümüz oldu.

Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsini, nefte malı və neft kimya məhsullarının təchizatı sahəsində əməkdaşlığı razılaşdırdıq. Birgə Texniki Komitənin 3-cü iclasının enerji əlaqələrimizi möhkəmləndirən nəticələrini dəyərləndirdik. Yaşıl enerji tərəfdaşlığımızı gücləndirən əməkdaşlıq sənədlərini - Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi|ni imzaladıq” - deyə Pərviz Şahbazov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
13
ednews.net

10Mənbələr