AZ

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Fərid

Mingəçevir, 3 may, AZƏRTAC

"Bu cür yarışların keçirilməsi Azərbaycan idmanı adına müsbət məqamdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası barədə danışarkən deyib.

Nazir turnirdə iştirakçı ölkələrin sayının artmasının böyük uğur olduğunu bildirib: "Belə olanda mübarizə də qızışır. Çox gözəl təşkilatçılıq var. Gələn il iştirakçıların sayının daha çox olacağına ümid edirəm. Mingəçevirlə yanaşı, digər bölgələrdə də bölmələr yaradılacaq. Əlimizdən gələni edəcəyik ki, avarçəkmə Azərbaycanda daha yüksək səviyyədə inkişaf etsin. Yeri gəlmişkən, Diana Dımçenkonun sayəsində bu idman növündə "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyamız var. İnanıram ki, növbəti Olimpiadada lisenziyalarımızın sayı artacaq”.

F. Qayıbov Paris Olimpiadasında iştirak hüququ əldə edən Azərbaycan idmançılarının şanslarını da dəyərləndirib: "Lisenziya sayı daha çox ola bilərdi. İdmançılarımız yenə də mübarizə aparırlar. Bir neçə idman növündə müəyyən proseslər gedir və qısa zamanda tamamlanacaq. Bir az çətindir. Çünki bu, yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılarımızın sayı çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacağıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla