AZ

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Bakı, 3 may, AZƏRTAC

Ötən il orta məktəblərdə narkotik vasitələrə qarşı mübarizə ilə bağlı 20 minə yaxın maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı panel sessiyasında deyib.

O qeyd edib ki, bəzi media qurumları narkotiklə bağlı “az oxunan” hesab etdikləri mövzuları işıqlandırmaq istəmirlər: “İnsanları maarifləndirmək olduqca vacibdir. Çünki hər bir narkotik vasitə istifadəçisi potensial təhlükə mənbəyidir. İlkin müdaxilə ilə həmin şəxsləri yenidən cəmiyyətə qazandırmaq olar. Ancaq bir müddət sonra bütün maddi dəstəyini itirən aludəçi cinayət əməli törətməyə başlayır”.

Narkotiklə bağlı reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayının artığına diqqət çəkən E.Hacıyev əlavə edib: “Əvvəllər övladı narkotik vasitə istifadə edən ailələr bunu gizlətməyə çalışırdılar. Artıq hər kəs dərk edir ki, gizlətmək aludəçinin sonu üçün yaxşı deyil. Bu səbəbdən reabilitasiya mərkəzlərinin və həmin mərkəzlərə müraciət edənlərin sayı artıb. Bu artım bloqerlərin və tanınmış şəxslərin mərkəzləri reklam etməsi ilə də bağlıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla