![BP](https://azertag.az/files/2024/2/1200x630/171472861836631212_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
BP şirkəti bu günə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Mühəndislik Universitetində yeni kibertəhlükəsizlik laboratoriyasının açılış mərasimində deyib.
O bildirib ki, təkcə “Şahdəniz” qaz-kondensat yatağından bu günə kimi 200 milyard kubmetrdən artıq qaz hasil olunub.