AZ

Dünya müharibəsi haradan başlayacaq?- Orban açıqladı

Avropa liderləri Ukraynada dünya müharibəsinə səbəb ola biləcək münaqişəyə qarışmaqla odla oynayırlar.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Avropa odla oynayır. Mən demirəm ki, Avropa liderləri müharibəyə doğru gedirlər, amma hər gün bu istiqamətdə yeni addımlar atırlar”, - Orban xəbərdarlıq edib.

Onun fikrincə, insanların çoxu sülh tərəfdarı olsa da, bu baş verir:

“Birinci və İkinci Dünya müharibələrində iştirak etmək istəməmişdik, macarların üçüncü dəfə Dünya müharibəsinə cəlb olunmasına imkan verməyəcəyik”.

Orban Avropa Birliyi və bir sıra Avropa ölkələri liderlərinin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrini təhlükəli hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, onların əsl niyyətlərini göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla