AZ

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Azərbaycanda Atatürk Mərkəzində Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin

"80 ilin ardından" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Akkan Suverin Azərbaycana bağlı şəxs olduğunu söyləyib.

Kitabın nəfis şəkildə nəşr olunduğunu bildirən akademikin sözlərinə görə, burada oxucuya çatdırılan əsas məqam həyatı layiqincə yaşamaq və keçmişə baxan zaman ötən illəri fəxarətlə xatırlamaqdır: “Kitabda Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən bəhs olunub. Burada həmçinin ötən əsrin 60-70-80-ci illərdəki İstanbul şəhəri füsunkarlıqla təsvir edilib. Əsərdə dövrün ictimai siyasi hadisələrinin portreti uğurla yaradılıb”.

Kitabın müəllifi Akkan Suver mərkəzə "Sabah" qəzetində yayımlanan və mərkəzlə bağlı ilk nəşr olan səhifəni hədiyyə edib.

Azərbaycanla bağlı fikirlərini bölüşən A.Sever diqqətə çatdırıb ki, bu onun ölkəmizdə çap olunan dördüncü kitabıdır.

Kitabın tərcüməçisi Afət Mamayeva deyib ki, bu onun Akkan Suverin dilimizə uyğunlaşdırdığı üçüncü kitabdır.

Tədbirdə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, riyaziyyat elmləri doktoru Məmməd Əliyev, Əməkdar jurnalist Xalid Niyazov, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Xəzər Universitetinin rektoru İradə Xəlilova, professor Məhəmməd İmanlı və digər qonaqlar kitab haqqında fikirlərini bölüşərək Akkan Suverin ölkəmizin taleyi ilə bağlı işlərə həmişə müsbət mənada təsir göstərdiyini qeyd ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla