AZ

“Hazırda ikiaylıq gecikmə var” – hansı klubda?

“Kəpəz-2”də işlər rəvan getmir. Gəncə təmsilçilsinin əvəzediciləri uzun müddətdi maaşa həsrətdi.

Başı əsas komandaya qarışan “Kəpəz” rəhbərliyi, deyəsən, əvəzediciləri yaddan çıxarıb. Bununla bağlı fikirlərini öyrənmək üçün “Kəpəz”in mətbuat ximdəti rəhbəriAzad Mustafayevə müraciət etdik:

“Klubumuz tərəfindən daim müqavilə öhdəlikləri tam qaydada yerinə yetirilib. Əvəzedici komandada çıxış edənlər maaşlarını müqavilədə göstərilən qaydada alacaqlar. Hazırda ikiaylıq gecikmə var. Bu da müvafiq Dövlət Proqramı çərçivəsində kluba ayrılan ödənişin müəyyən qədər yubanmasi ilə bağlıdi. Bildiyiniz kimi, klubumuzun sponsoru yoxdu. Maliyyə ilə bağlı məsələlər bəlli büdcədən gələn vəsait hesabına yerine yetirilir”.

ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla