AZ

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

Mayın 2-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman-şahmat məktəbində boks idman növü üzrə açıq məşq təşkil olunub.

Açıq məşqdə XXVII Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı, Əməkdar idman ustası və Əməkdar məşqçi Vüqar Ələkbərov, Avropa çempionatının ikiqat gümüş mükafatçısı, 2008-ci il Pekin XXIX Yay Olimpiyadasının bürünc mükafatçısı və Əməkdar idman ustası Şahin İmranov, kişilər arasında Azərbaycanın ilk dünya çempionu,  2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVlll Yay Olimpiya Oyunlarında bürünc medalın sahibi, Əməkdar idman ustası Ağası Məmmədov, Dünya çempionatının bürünc mükafatçısı, Əməkdar idman ustası, Əməkdar məşqçi Emil Məhərrəmov, Dünya və Avropa mükafatçısı, birinci Avropa oyunlarının qalibi, London Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov, Avropa çempionu, Dünya çempionatının   gümüş mükafatçısı, Avropa oyunlarının bürünc medalçısı Məhəmməd Abdullayev və ikiqat Avropa çempionu və kişilər arasında Avropa çempionatının bürünc mükafatçısı Murad Allahverdiyev, uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri yeniyetmə və gənc boksçulardan ibarət idmançılar iştirak ediblər.

İdmançıların yarışlara  hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.

Tədbirdə iştirak edən Olimpiya, Dünya və Avropa mükafatçıları, tanınmış idmançılar öz taktika və texnikalarını gənc boksçulara nümayiş etdiriblər, daha sonra onlarla birgə məşq ediblər.

Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, boks idman növünün təbliği və inkişaf etdirilməsindən ibarət olub.

Tədbirin sonunda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ikiqat Avropa çempionumuz, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nicat Hüseynovun və Avropa çempionu adını qazanmış Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ömər Aslanlının mükafatlandırılması mərasimi baş tutub. Onlara mərkəzin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Eyni zamanda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.

Sonda açıq məşqdə iştirak edən Avropa, Dünya və Olimpiya mükafatçıları ilə idmançılar xatirə fotoları çəkdiriblər.

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
Mənbələr
Şərh ()
Bağla