AZ

Günel Natiq: "Jurnal müəlliflərin qonorarını mənə yazıb"

"Ulduz" jurnalı aprel ayının kollektiv qonorarını yardım kimi mənə yazıb..."

Kulis.az xəbər verir ki, bu sözləri uzun müddətdir xərçənglə mübarizə aparan yazıçı Günel Natiq feysbukda yazıb.

O, jurnalın yaradıcı heyətinə və müəlliflərə minnətdarlıq edib:

"Jurnalın budəfəki sayında mənim də yazım var. Çox təsirləndim. Çox sağ olun, dostlar..."

Qeyd edək ki, Günel Natiq 17 ildir xərçənglə mübarizə aparır. Onun sözlərinə görə, hələlik əməliyyat mümkün deyil:

"İlk diaqnozdan sonra bəladan qurtulsam da, bu il təzədən başladı. Hazırda elə bir mərhələdəyəm ki, hələlik əməliyyat mümkün deyil..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla