AZ

BDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsində - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriyalarında istehsalat təcrübələri keçirlər.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, Metal–klatrat birləşmələr laboratoriyasında mis ftalat dipridin adduktunun alınması üçün aparılan reaksiya məhlulundan çökmüş monokristalların ayrılması prosesi, Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini reaksiyası proseslərində tələbələr fəal iştirak ediblər.

Laboratoriya şəraitində maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərilib və izah edilib.

Eyni zamanda, tələbələr Analitik kimya laboratoriyasında kompleks birləşmələrin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış olublar.

Nanokompozit katalizatorlar laboratoriyasında isə fotometrik analiz üsulu ilə sənaye şəraitində Fe3+ ionlarının sorbsiyası üçün effektiv absorbentlərin işlənib-hazırlanması və tədqiqi haqqında tələbələrə məlumat verilib və onlar əyani olaraq təcrübələrin aparılmasında iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla