AZ

14 gündə İran həbsxanalarında 63 nəfər edam edildi

Aprelin 16-dan 30-a kimi İran həbsxanalarında hər 5 saatda 1 məhkum edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, iki həftə ərzində 63 nəfərin ölüm hökmü həyata keçirilib.

Bununla da cari ildə İranda edam edilən məhkumların ümumi sayı 171 nəfərə çatıb.

Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.  

2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla