AZ

Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil - Elşad Hacəyev

Bakı. Trend:

Bəzən media orqanları heç bir fakt olmadan yazır ki, ortaməktəbdə və ya ali təhsil müəssisəsində narkotik var, ancaq yoxlamanəticəsində heç bir belə hal aşkar edilmir.

Trend-in məlumatlarına görə, bunu Daxili İşlər NazirliyininMətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafıAgentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər mediamüstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələrizaman deyib.

E.Hacıyev bildirib ki, biri götürüb yazır ki, filan məktəbdənarkotik var.

“Amma ortada bir fakt yoxdur. Yazır ki, orta məktəbdə bu halvar, amma yoxlayırıq, görürük ki, yoxdur. Bunu yazanın məqsədinədir? Ya kimsə həmin məktəbə direktor gəlmək istəyir, məktəbinümumi reputasiyasını zədələmək və ya şagird davamiyyətini azaltmaqüçün bunu edir. Biz vətəndaş mövqeyimizi də ortaya qoymalıyıq. Birməlumat çıxırsa, dərhal nəzarətə götürülür, yoxlanılır”, - deyə oqeyd edib.

O vurğulayıb ki, Daxili İşlər Nazirliyi narkomanlığa qarşımübarizə ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirir.

“Lakin media bu tədbirləri geniş işıqlandırmır. Media reytinqgətirməyən məlumatları verməkdə maraqlı deyil”, - deyə o əlavəedib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzularınmediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşıeffektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminəhəmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalartəşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
Mənbələr
Şərh ()
Bağla