AZ

Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil - Elşad Hacəyev

Bəzən media orqanları heç bir fakt olmadan yazır ki, orta məktəbdə və ya ali təhsil müəssisəsində narkotik var, ancaq yoxlama nəticəsində heç bir belə hal aşkar edilmir.

Olaylar-ın məlumatlarına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forum çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" mövzusunda panel müzakirələri zaman deyib.

E.Hacıyev bildirib ki, biri götürüb yazır ki, filan məktəbdə narkotik var.

"Amma ortada bir fakt yoxdur. Yazır ki, orta məktəbdə bu hal var, amma yoxlayırıq, görürük ki, yoxdur. Bunu yazanın məqsədi nədir? Ya kimsə həmin məktəbə direktor gəlmək istəyir, məktəbin ümumi reputasiyasını zədələmək və ya şagird davamiyyətini azaltmaq üçün bunu edir. Biz vətəndaş mövqeyimizi də ortaya qoymalıyıq. Bir məlumat çıxırsa, dərhal nəzarətə götürülür, yoxlanılır", - deyə o qeyd edib.

O vurğulayıb ki, Daxili İşlər Nazirliyi narkomanlığa qarşı mübarizə ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirir.

"Lakin media bu tədbirləri geniş işıqlandırmır. Media reytinq gətirməyən məlumatları verməkdə maraqlı deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə", "Sosial məsələlərin, həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması", "Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə" və "Yaşıl dünya naminə həmrəylik ili"ndə media gündəmi" mövzularında panel sessiyalar təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
8
olaylar.az

9Mənbələr