Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Ukraynanın “Naftoqaz” şirkəti Azərbaycan qazının Ukraynada saxlanması imkanlarını müzakirə edib.

İndex.az SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR prezidenti Rövşən Nəcəf və “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişov ilə görüşdə aparılıb.

Görüşdə tərəflər neft-qaz sənayesində əməkdaşlığın perspektivləri, o cümlədən enerji keçidi, dekarbonizasiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.