Süni intellektin və məlumat mərkəzlərinin ölçüsü artdıqca, enerji ehtiyacları da artır.

İndex.az xəbər verir ki, bu ehtiyacı ödəmək üçün “Microsoft” “Brookfield” ilə indiyə qədərki ən böyük bərpa olunan enerji müqaviləsini bağlayıb.

Belə ki, “Microsoft”, süni intellekt və məlumat mərkəzlərinə artan tələbatı ödəmək üçün bərpa olunan enerjiyə 10 milyard dollar sərmayə qoymaq üçün “Brookfield Asset Management” ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Brookfield” 2026-2030-cu illər arasında ABŞ və Avropada “Microsoft” üçün 10,5 gigavatt (GW) bərpa olunan enerji təmin edəcək.