Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın Tbilisidəki keçmiş səfiri Kelli Deqnanı 2020-2023-cü illərdə ölkədə inqilabi prosesləri dəstəkləməkdə ittiham edib.
Azpost.info xəbər verir ki, Baş nazir bunu Dövlət Departamentinin müşaviri Derek Şolla telefon danışığı zamanı deyib.
“Mən Derek Şolla danışdım və keçmiş ABŞ səfiri və xaricdən maliyyələşən QHT-lər tərəfindən dəstəklənən 2020-2023-cü illərdə iki inqilabi cəhddən səmimi məyusluğumu bildirdim”, – Kobaxidze X-də yazıb.
Azpost.info