AZ

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ermənistan hər hansı beynəlxalq konfransda iştirak edərsə, bu barədə müvafiq vaxt çərçivəsində məlumat verəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan Ukraynanın bərpasına dair iyunda İsveçrədə keçiriləcək sülh forumuna Ermənistanın dəvət edilib-edilməməsi ilə bağlı suala cavabında deyib. Qeyd edək ki, Ukrayna artıq 160-dan çox ölkəyə dəvət göndərib.

Erməni mediası yazıb ki, ötən gün Ermənistan və Ukrayna XİN başçıları arasında baş tutan telefon danışığı ilə bağlı yayılan məlumatda Kulebanın Mirzoyanı tədbirə dəvət etməsi haqda heç nə yoxdur. Əvəzində isə Azərbaycan artıq dəvət edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla