AZ

ÜST-nin fövqəladə Rəfah planı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmisi uzun müddətdir israrla təkrarlanan Rəfaha qurudan hücum ehtimalı və insanların bölgəyə sığınmalarının nəticələri ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, rəsmi qeyd edib ki, ÜST potensial Rəfah hücumu üçün fövqəladə plan hazırlayıb, lakin bu plan hazırkı şəraitdə yalnız "Band-yardım" rolunu oynayacaq.

Bu günlərdə ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında fələstinlilərin sığındığı Rəfaha qurudan hücuma qarşı olduqlarını bir daha bəyan edib.

Qeyd edək ki, Qəzzanın cənubunda Misir sərhədində yerləşən Rəfah şəhəri İsrailin hücumlarından əvvəl təxminən 280 min fələstinliyə ev sahibliyi edib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla