AZ

Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb-Nazir müavini

30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb. Hazırda bura xarabalıqlar şəhəridir.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda keçirilən xüsusi sessiyada deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhəri yüksək standartlara uyğun şəkildə bərpa edilir.

Nazir müavini minaların mədəni irsə təsirindən danışarkən xatırladıb ki, UNESCO-nun bununla bağlı xüsusi konvensiyası var:

"Rəsmi rəqəmlərə görə dünya üzrə 110 milyondan çox mina quraşdırılıb. Azərbaycan isə mina problemi ilə bağlı əziyyət çəkən ölkələr siyahısında öndədir. Təkcə Ağdamda 1,5 milyona yaxın mina quraşdırılıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
Mənbələr
Şərh ()
Bağla