AZ

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 3 may, AZƏRTAC

Azərbaycanın İsrail Dövlətindəki səfirliyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə İsrailin Netanya şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbir təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusun İsrail Dövlətində akkreditə edilmiş səfirləri və diplomatları, habelə İsraildəki Azərbaycan diaspor nümayəndələri və İsrailin ictimai-siyasi nümayəndələri olmaqla 100 nəfər iştirak edib. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin fotolarından ibarət sərgi təşkil olunub.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətləri barədə danışıb, Ümummilli Liderin SSRİ dövründən başlayaraq müstəqillik illərinə kimi siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasəti, Azərbaycan və İsrail münasibətlərinin təməlini qoyması haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov, İsraildəki Azərbaycan diasporunun nümayəndələri Roman Qureviç və Mark Qorin, Netanya şəhər şurasının deputatı Boris Tsirulnik çıxış ediblər.

Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Tədbirin yekununda isə Qüds Lirik Operasının Solisti Kameliya Yoffe tərəfindən Tofiq Quliyevin və Fikrət Əmirovun əsərləri ifa olunub.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir Netanya şəhər bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
9
Mənbələr
Şərh ()
Bağla