AZ

Şimali Kipr Türk Respublikasında Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

Şimali

Ankara, 3 may, AZƏRTAC

Mayın 15-də Şimali Kipr Türk Respublikasında (ŞKTR) Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq Azərbaycan - Kipr Dostluq Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Milli Məclisinin deputatlar qrupunun iştirakı planlaşdırılır.

Tədbirlər proqramına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, “Azərbaycan, Türkiyə və ŞKTR münasibətlərinin gələcəyi” mövzusunda konfransın və “Azərbaycan bizim qəlbimizdir” fotosərginin keçirilməsi daxildir.

Tədbir iştirakçılarının qarşısında ŞKTR parlamentinin sədri Zorlu Tope çıxış edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla