AZ

MBA-da daha iki 1/4 finalçı məlum oldu

MBA-da bu gecə iki oyun baş tutub. Hər iki oyundan sonra seriyalar yekunlaşıb.

“Nyu-York Niks” səfərdə “Filadelfiya Siksers”ə qalib gəlib – 118:115. Görüş əvvəldən axıra qədər gərgin alınıb. İlk periodda qonaqlar, ikincidə isə meydan sahibləri daha yaxşı təsir bağışlayıblar. Fasilədən sonra bərabər gedən görüşün sonları Nyu-York təmsilçisi üçün daha uğurlu olub. Ceylen Branson 41 xal toplayıb. Meydan sahiblərinin lideri Coel Embiidin aktivində isə 39 xal, 12 ribaund var.

Digər oyunda “İndiana Peysers” “Miluoki Baks”dan üstün olub – 120:98. Liderlərini itirən Miluoki komandası bu məğlubiyyətlə mövsümü başa vurub. Lillard bu dəfə oynasa da, məğlubiyyətin qarşısını almağa imkanı olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla